Azərbaycanla İran elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalayıb


Digərləri 12 Apr 2018 16:27:00 229 0

Azərbaycanla İran elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalayıb

Azərbaycan energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

Bakı. Azərbaycan energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.