Bolqarıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri beynəlxalq normalar çərçivəsində keçdi


Digərləri 12 Apr 2018 16:37:00 248 0

Bolqarıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri beynəlxalq normalar çərçivəsində keçdi

Azərbaycanda prezident seçkiləri beynəlxalq normalar çərçivəsində keçdi

Bakı. Vüqar İmanov - Azərbaycanda prezident seçkiləri beynəlxalq normalar çərçivəsində keçdi. Trend-in məlumatına görə, bunu Avropa Parlamenti, İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiya deputatlarından ibarət “Vətəndaş dialoqu” missiyasının müşahidəçilərinin mətbuat konfransında Bolqarıstan parlamentinin üzvü Penço Milkov deyib. P.Milkov bildirib: “Müşahidəçi qismində biz bir neçə seçki məntəqəsində olduq və heç bir pozuntu görmədik. Biz seçicilərlə söhbət etdik, eləcə də müxtəlif partiyaları təmsil edən yerli müşahidəçilərlə fikir mübadiləsi apardıq. Bolqarıstan parlamentinin deputatı kimi mən ölkəmə müsbət təəssüratla qayıdıram”. Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Azərbaycanda Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin