"Xəzər"in futbolçusu cəzalandırıldı


İdman 12 Apr 2018 16:30:00 206 0

"Xəzər"in futbolçusu cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Goal.az xəbər verir ki, iclasda Birinci Divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

22-ci turub Şüvəlan - Sabah matçının 66-cı dəqiqəsində Sabah-ın futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

22-ci turun Xəzər - MOİK matçının 90+4-cü dəqiqəsində Xəzər-in futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

22-ci turun Mil-Muğan - Qaradağ Lökbatan matçında Mil-Muğan-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.