Türk futbolçu sevgilisindən ayrıldı


İdman 12 Apr 2018 16:11:00 254 0

Türk futbolçu sevgilisindən ayrıldı

Fenerbahçe-nın futbolçusu Alper Potukla aktrisa sevgilisi Tuvana Türkay yenidən ayrılıb.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktrisa İnstaqram hesabında yazıb. O, Alperdən hörmət və sayğıyla ayrıldığını bildirib.

Qeyd edək ki, cütlüyün münasibəti ötən ilin avqustda başlamışdı. Alperlə Tuvana otellərin birindən çıxarkən görüntülənmişdilər. Lakin ötən ilin dekabrında Potuk Tuvanaya xəyanət etdiyi üçün yollarını ayırmışdılar. Bir ay sonra isə cütlük ayrılığa dözə bilmədiyini və evlənməyə hazırlaşdığını bəyan etmişdi.