Azərbaycan gimnastı Avropa çempionatının tamblinq yarışlarında finala çıxıb FOTO


Digərləri 12 Apr 2018 15:51:00 363 0

Azərbaycan gimnastı Avropa çempionatının tamblinq yarışlarında finala çıxıb  FOTO

Azərbaycan gimnastı Mixail Malkin batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında finala çıxıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Malkin dördüncü nəticə göstərib.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.

Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.

Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.