Arvadının xəyanət etdiyi deyilən müğənni:


Dünya 12 Apr 2018 15:55:00 270 0

Arvadının xəyanət etdiyi deyilən müğənni:

Türkiyəli müğənni Sərdar Ortac arvadı Chloe Loughnanın iş üçün getdiyi Mayamidə ərəb şeyxlərindən birinin oğluyla birlikdə olduğu iddiaları barədə açıqlama verib.

Son.az haberler-ə istinadən xəbər verir ki, mövzuyla bağlı nə deyəcəyi marağa səbəb olan Sərdar Ortac nəhayət sükutu pozub. Arvadının ərəb şeyxiylə yemək yediyini deyən Ortac "Amerikada çox dostumuz var. O dostlardan bir neçəsi ilə də yeməyə çıxır. Yeməyi də qadağan edək qadına? Yemək yeyərkən də 20-25 nəfərlik masada millət görür. Oradakı türklər klassik dedi-qoduları sevdiyi üçün şəxsin kimliyini araşdırıblar və ərəb şeyxinin oğlu çıxıb" ifadələrini işlədib.

Boşanacaqları barədə dedi-qodulara münasibət bildirən məşhur müğənni: "Mən həyat yoldaşımı sevirəm. Onun da məni sevdiyini bilirəm. Belə bir şey əsla etməz. Elə bir qadın deyil. Boşanmağımızı istəyirlər. Amma boşanmayacağam" deyib.

Sonda arvadının paylaşdığı açıq-saçıq fotolara da toxunan Ortac: "Mən arvadıma heç vaxt qadağa qoymaram. Xanıma qadağa qoymaq azadlığına müdaxilə etməkdir."