"Alan istədiyi kimi istifadə edə bilər"


Dünya 12 Apr 2018 15:42:00 266 0

"Alan istədiyi kimi istifadə edə bilər"

40 yaşlı rus qadın uşağını internetdən 4 min 400 dollara satışa çıxarıb.

Mili.Az Habertürk-ə istinadən xəbər verir ki, Rusiya bir ananın internetdə körpəsini satışa çıxardığı elanla sarsılıb. Elanda "Uşağım çox sağlamdır. İstədiyiniz kimi istifadə edə bilərsiniz" deyən qadın polis tərəfindən saxlanılıb.

Çelyabinsk şəhərində yaşayan Lyudmila Sadryeva orqan qaçaqmalçılığında təqsirləndirilir. Ancaq Sadryeva ittihamları qəbul etməyib.

Elandan polisin basqınından sonra xəbərdar olduğunu bildirən qadın ifadəsində: "Yola getmədiyim bir evdə yaşadığım rəfiqəm elanı intiqam üçün yerləşdirib" deyib.


Xəbərə aid foto