Əflatun Amaşov: Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib


Digərləri 12 Apr 2018 15:42:59 243 0

Əflatun Amaşov: Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb. Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasının hesabatında deyilir. Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yayımlanan materialların sayı kifayət qədər çoxdur. Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb.