Azərbaycan gimnastı Avropa çempionatının tamblinq yarışlarında finala çıxıb (FOTO)


Digərləri 12 Apr 2018 15:43:00 256 0

Azərbaycan gimnastı Avropa çempionatının tamblinq yarışlarında finala çıxıb (FOTO)

Azərbaycan gimnastı Mixail Malkin batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında finala çıxıb

Bakı. Ənvər Məmmədov - Azərbaycan gimnastı Mixail Malkin batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında finala çıxıb. Trend-in məlumatına görə, M.Malkin dördüncü nəticə göstərib. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb. Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir. Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.