"Lotu Quli"nin qardaşı şikayətindən imtina etdi


Digərləri 12 Apr 2018 15:18:00 279 0

"Lotu Quli"nin qardaşı şikayətindən imtina etdi

Bir müddət öncə azadlığa buraxılan "Lotu Quli" ləqəbli Nadir Səlifovun qardaşı Müşfiq Səlifov Avropa Məhkəməsinə məktub göndərib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. O bildirib ki, M.Səlifov barəsindəki hökmdən sonra Avropa Məhkəməsinə şikayət edərək Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib. Məhkəmə 2016-cı ildə kommunikasiya başlayıb, lakin daha sonra ərizəçi M.Səlifov məhkəməyə məktub göndərərək işin aparılmasında maraqlı olmadığını bildirib. Bu səbəbdən bu gün elan edilən qərarla məhkəmə işi siyahıdan çıxarılıb.

İttihama görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora 8 qadının gətirilməsinə nail olub.