Ukrayna MDB-də fəaliyyətini rəsmi olaraq dayandırmağa hazırlaşır


Dünya 12 Apr 2018 14:52:00 268 0

Ukrayna MDB-də fəaliyyətini rəsmi olaraq dayandırmağa hazırlaşır

“Hökumətdən Minskdəki uyğun institutlarda Ukrayna nümayəndəliklərinin bağlanmasına dair təkliflər hazırlanmasını istəmişəm”

“MDB orqanlarının təsisçiliyində iştirakımızı rəsmi dayandırmaq haqqında hökumətlə birlikdə təkliflər hazırlanmasını xahiş etmişəm”.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin MDB-dən çıxması ilə bağlı aprelin 12-də Kiyevdə keçirilən təhlükəsizlik forumunda bildirib.

“Hökumətdən Minskdəki uyğun institutlarda Ukrayna nümayəndəliklərinin bağlanmasına dair təkliflər hazırlanmasını istəmişəm”, - o vurğulayıb.

Qeyd edək ki,Ukrayna 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında razılaşmadan çıxdığını bəyan etmişdi. Həmin vaxtdan Ukrayna MDB tədbirlərində səfir səviyyəsində təmsil olunur. Ukrayna isə hələ də üzv dövlətlərin bayrağı ilə eyni sıradadır.