Reşford: "Sautqeytin rəhbərliyi altında oynamaq xoşdur"


İdman 12 Apr 2018 14:26:00 276 0

Reşford: "Sautqeytin rəhbərliyi altında oynamaq xoşdur"

"Manchester United"in hücumçusu Markus Reşford 2018-ci il dünya çempionatını gözləyir. Goal.az xəbər verir ki, gənc futbolçu bunları qeyd edib:

"İngiltərə millisinin heyəti kifayət qədər gəncdir. Buna görə komandanın ətrafında böyük ajoitaj var. Hər kəs dünya çempionatında oynamaq imkanından məmnundur və əlindən gələni edəcək. Baş məşqçi Qaret Sautqeyt bizə, xüsusən də hücumçulara sərbəst oynamaq imkanı verdi. Lakin bu sərbəstlik oyun sxemi ilə məhdudlaşır. Bizim müəyyən bünövrəmiz var və nə etmək lazım olduğunu bilirik. futbolçuların hər biri fərdi rolunu dərk edir. amma bu istiqamətdə çox şey öyrənməliyik. Sautqeytin rəhbərliyi altında oynamaq xoşdur. Turnirdə maksimum uğura nail olmağa çalışacağıq".

İngiltərə mundialın final mərhələsində G qrupunda Belçika, Panama və Tunisə qarşı mübarizə aparacaq.