"Qatil Əsədi də, PYDni də dəstəkləyənlər səhv edirlər"


Dünya 12 Apr 2018 14:12:00 220 0

"Qatil Əsədi də, PYDni də dəstəkləyənlər səhv edirlər"

"Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan danışan Ərdoğan məqsədlərinə çatana qədər mübarizə  aparacaqlarını vurğulayıb: "Suriyada sabitlik yaradacaq yeganə ölkə bizik, Türkiyədir".

Ərdoğan Suriyanın Duma şəhərində qeydə alınan kimyəvi hücumdan danışaraq bu məsələni ABŞ və Rusiya ilə müzakirə etdiyini deyib: "Dünən ABŞ dövlət başçısı Donald Trampla telefon danışığım oldu. Bu gün də Rusiya prezidenti Vladimir Putinlə danışacağam. Birlikdə bu kimyəvi qətliamı necə durdura biləcəyimizi müzakirə edəcəyik. Türkiyə olaraq əvvəldən məqsədimiz Suriyada təhlükəsiz gələcəyi təmin etməkdir. Təhlükəsiz mühit yaranana kimi orda fəaliyyətimizi davam etdirəcəyik.

Suriyada terror təşkilatlarına qarşı səmimi mübarizəni təkcə Türkiyə aparır. Bizdən başqa hər kəs müxtəlif əməllərini gerçəkləşdirmək üçün terror təşkilatlarından alət kimi istifadə edir. Onların dərdinin Suriya, terrorçular olmadığı aydındır.