Rusiyalı gimnast: Tam gücümlə çıxış edə bilmədim


Digərləri 12 Apr 2018 14:15:47 224 0

Rusiyalı gimnast: Tam gücümlə çıxış edə bilmədim

Rusiyalı gimnast Qriqori Noskov Bakıda davam edən Avropa çempionatında tamblinq yarışlarındakı çıxışından razı qalmayıb.

Bakı. Ənvər Məmmədov - Rusiyalı gimnast Qriqori Noskov Bakıda davam edən Avropa çempionatında tamblinq yarışlarındakı çıxışından razı qalmayıb. Trend-in suallarını cavablandırnan gimnast deyib ki, daha yaxşı çıxış edə bilərdi: “Öz çıxışımdan çox razı deyiləm. Tapşırığı tam gücümlə yerinə yetirə bilmədim. Gələcəkdə daha yaxşı çıxış etmək lazımdır”. Gimnast Avropa çempionatında yüksək rəqabəti qeyd edib və öz rəqiblərindən danışıb: “Əlbəttə, ilk növbədə rəqiblərim komanda yoldaşlarımdır. Bundan başqa, britaniyalı Kristoff Villertonu qeyd etmək olar. O, ilk üçlüyə real namizəd hesab olunur. Sizin gimnast Mixail Malkin də ciddi rəqibdir”. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb. Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.