Hamilə toy müğənnisi səhnədə öldürüldü VİDEO FOTO


Digərləri 12 Apr 2018 14:04:00 271 0

Hamilə toy müğənnisi səhnədə öldürüldü  VİDEO  FOTO

"Xanımım 6 aylıq hamilə olduğuna görə toyun axırına qədər ayaq üstə dayana bilməyib"

Hamiləliyinin 6-cı ayında olan toy müğənnisi səhnədə öldürülüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Pakistanın Larkana şəhərində toyda çıxış edən müğənni Samina Samoon mahnı oxuyarkən güllələnib.

Xəstəxanaya çatdırılan Saminanın həyatını xilas etmək mümkün olmayıb.

24 yaşlı müğənni toyun əvvəlindən axırına kimi ayaq üstə durmaqdan imtina etdiyinə görə öldürülüb.

Onu öldürən şəxsin adı Tarique Ahmeddir. O, hadisədən sonra saxlanılıb.


Xəbərə aid fotolar