Macarıstanın Baş naziri Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib


Siyasət 12 Apr 2018 13:52:00 285 0

Macarıstanın Baş naziri Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Son.az bildirir ki, Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.