"Qızımı qarşılayanda gözlərim dolur" Xalq artisti VİDEO FOTO


Şou-biznes 12 Apr 2018 13:55:00 262 0

"Qızımı qarşılayanda gözlərim dolur"  Xalq artisti  VİDEO  FOTO

"ARB Ulduz"un "Virtual Həyat" verlişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub.

Son.az bildirir ki, xalq artisti qızını hər dəfə yola salanda canından can ayrıldığını deyib:

"Hava limanında qızımı qarşılayanda gözlərim dolur. Anayam, qarşılayanda düşünürəm ki, 10-15 gün buradadır, sonra onu yola salacam. Mənə çox çətindir".

Flora Kərimova kövrəkliyin övladları ilə bağlı olduğunu dilə gətirib:

"Övladlarımın fikrini çəkirəm. Onları görmək istəyirəm. Çox ərkəsöyün, dəymədüşər olmuşam. Bütün varlığım övladlarıma aiddir, oğluma qızıma, iki nəvəmə aiddir. Çox nigaran yaşayıram".


Xəbərə aid fotolar