Georgi Marqvelaşvili İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib


Siyasət 12 Apr 2018 13:43:00 259 0

Georgi Marqvelaşvili İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti öz "Twitter" səhifəsində yazıb:

"Əziz dostum, Prezident İlham Əliyev, prezident seçkilərində təkrar seçilməyiniz münasibətilə təbrik edirəm.

Dost xalqlarımızın rifahı naminə fəal əməkdaşlıq gözləyirəm".