Bankomatlardakı pullar necə qorunur? VİDEO FOTO


Digərləri 12 Apr 2018 13:21:00 281 0

Bankomatlardakı pullar necə qorunur?  VİDEO  FOTO

Bakıda günorta saatlarında bankomatın qarət olunması ölkə mediasının gündəmini zəbt etdi. Məlumata görə, banka məxsus 174 min manat pul qarət olunub. Amma bu hadisəni xüsusiləşdirən özəl edən bir neçə məqam var.

Son.az bildirir ki, bu məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində bankomatların təhlükəsizliyinin qorunması barədə maraqlı süjet yayımlanıb.

Şükran Musayev (Şahid): "Orada oturmuşdu. Şübhələndim. Elə bildim bank işçisi kimi geyinmişdi".

İlkin və dolğun məlumat da bundan ibarətdir ki, naməlum şəsxlər xüsusi geyimdə olublar. Hətta o qədər inandırıcı hərəkət ediblər ki, bankın mühafizə işçilərini belə aldada biliblər. Eksertlərin fikrincə bu oğurluq hadisəsinə adi soyğun kimi baxmaq düzgün deyil. Çünki bu peşəkarlıqla hazırlanan qarət planıdır.

Elmar Nurəliyev (Ekspert): "Bankomatların hamısında siqnalizasiya var. Hətta onun kodunu bilən adam üçün də onu açmaq çətindir. Onların peşəkarlığından söhbət gedir ki, çox qısa zamanda bunu edə biliblər".

Sadiq Mirzə (İT mütəxəssis): "Hər bir bankomatın unikal adı və kodu olur. Heç bir bankomat eyni adda və kodda ola bilməz. Və onlar olduğu əraziyə yaxın mühafizə xidmətinə bağlı olurlar, onlara öz kodunu göndərərək xəbərdarlıq edir".


Xəbərə aid fotolar