Məzahir Pənahov: "Bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi"


Digərləri 12 Apr 2018 13:07:00 301 0

Məzahir Pənahov: "Bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi"

"Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkilərdə müşahidə aparıb və bütün müşahidəçilər seçkiləri yüksək qiymətləndirib. MSK sədri bildirib ki, seçki ilə əlaqədar məsuliyyəti olan bütün dövlət qurumları öz işlərini layiqincə yerinə yetiriblər. Onun sözlərinə görə, seçkilərdə hansısa xoşagəlməz hal müşahidə edilməyib, MSK-ya hər hansı bir qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.

M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi.