Azərbaycanda pensiyaçıların sayı açıqlandı


Digərləri 12 Apr 2018 12:54:00 216 0

Azərbaycanda pensiyaçıların sayı açıqlandı

Azərbaycanda pensiyaçıların sayı 1 aprel 2018-ci il tarixinə 1 milyon 313 min nəfər təşkil edir. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardan ibarətdir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar və həyata keçirilən sosial müdafiə tədbirləri 2018-ci ildə də pensiyalarda artım tempinin davam etməsini şərtləndirib.