"Son 15 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb"


Digərləri 12 Apr 2018 13:00:00 334 0

"Son 15 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb"

"Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin edib".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 mlrd.  manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 mlrd.  manata çatıb.