Skripalın qızı Rusiyanın köməyindən imtina etdi


Dünya 12 Apr 2018 12:48:00 271 0

Skripalın qızı Rusiyanın köməyindən imtina etdi

Britaniyalı keçmiş cəsus Serqey Skripalın qızı Yuliya Skripal Rusiya səfirliyinin və əmisi qızı Viktoriyanın köməyindən imtina edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yuliya Viktoriya Skripalın Böyük Britaniyaya gəlməsini istəməyib. O, əmisi qızına göstərdiyi qayğıya görə təşəkkür edib və hazırda onunla əlaqə yaratmamağı tövsiyə edib. Y. Skripal bəyan edib ki, onun və atasının bəyanatı ilə Viktoriyanın dedikləri üst-üstə düşmür.