Buffon qırmızı alsa da, mövsümün ən yaxşı oyununu keçirib


İdman 12 Apr 2018 12:32:00 384 0

Buffon qırmızı alsa da, mövsümün ən yaxşı oyununu keçirib

Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan "Real" - "Juventus" (1:3) qarşılaşması Buffonun qırmızı vərəqə almasına görə də yadda qalacaq. Goal.az xəbər verir ki, statistika "Real"a matçın bu mövsüm turnirdə Buffonun ən yaxşı oyunu olduğunu göstərir. Təcrübəli qolkiper oyunda 5 seyv edib. bundan öncəki 8 qarşılaşmada Buffon 8 dəfə komandasını qoldan xilas etmişdi.

Ronaldo son saniyələrdə penaltini dəqiq yerinə yetirməklə ardıcıl 11-ci ÇL matçını da qolsuz keçməyib. Portuqaliyalı ulduz orta hesabla rəqib qapılarına 6.8 dəqiq zərbə endirib. Bu baxımdan ikinci yerdə Lionel Messidir. Amma onun komandası "Barcelona" üçün Çempionlar liqası artıq başa çatıb.

Qeyd etmək lazımdır ki, 1/4 finalın cavab oyunlarında "Bayern Munchen"in yarımmüdafiəçisi Aryen Robben xüsusilə fərqlənib. Gözəl texnika nümayiş etdirən holland 9 driblinqin hamısını uğurla yerinə yetirib. O, 4 qol vəziyyəti də yaradıb. Buna baxmayaraq, "Bavariya" evdə "Sevilla"nın qapısına yol tapa bilməyib.