Məzahir Pənahov: “Nüfuzlu beynəlxalq qurumlar bu seçkini nümunəvi hesab edir”


Digərləri 12 Apr 2018 12:32:39 163 0

Məzahir Pənahov: “Nüfuzlu beynəlxalq qurumlar bu seçkini nümunəvi hesab edir”

“Səsvermənin gedişi nizamlı-intizamlı olub”

“Səsvermənin gedişi nizamlı-intizamlı olub. Həm beynlxalq, həm də yerli müşahidəçilərin prosesi izləyib. Bütün müşahidəçilərin fikirləri müsbətdir”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, kifayət qədər nüfuzlu beynəlxalq qurumlar bu seçkini nümunəvi hesab edir.

MSK sədri deyib ki,müşahidəçilər hər hansı neqativ hala rast gəlmədiklərini qeyd ediblər.