“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər


Digərləri 12 Apr 2018 12:34:00 214 0

“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir

Bakı. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir. Şirkətdən Trend-ə verilən məlumata görə, tətil və məzuniyyətlərini xüsusi tərzdə fərqli bir məkanda keçirmək istəyən Bakcell abunəçiləri dünyanın hər yerində “Rixos” otellərindən böyük endirimlər əldə edə biləcəklər. Xüsusi kampaniyanın şərtlərinə əsasən, Bakcell “Ulduzum” istifadəçiləri Türkiyə, BƏƏ, Xorvatiya, Misir, Rusiya, İsveçrə və Qazaxıstanda yerləşən “Rixos” və “Kingdom – The Land of Legends” otellərində və “Club Prive by Rixos” villalarında 20% endirimdən yararlanacaqlar. Bundan əlavə, istifadəçilər həmin otellərdə digər imtiyazlardan yararlanmaq imkanını qazanacaqlar. Endirimlərdən yararlanmaq üçün müvafiq məkanı seçib “RIXOS” sözünü SMS vasitəsilə 5555 nömrəsinə göndərmək kifayətdir. Abunəçiyə cavab SMS-ində göndərilən promo kod rezervasiya zamanı www.rixos.com səhifəsində “PROMO CODE” bölməsinə daxil edilməlidir. Təklif 2018-ci ilin 30 mart tarixindən 31 dekabr tarixinə qədər qüvvədə olacaq. Başqa endirimlər və ya xüsusi təkliflər qüvvədə olduqda və yaxud otellərin yerləşdiyi ölkələrin bəzi milli bayram günləri və özəl günlərdə bu kampaniyadan yararlanmaq mümkün olmaya bilər. Təklif barədə daha ətraflı məlumatı www.ulduzum.az internet səhifəsindən əldə etmək olar. 2.7 milyon nəfərdən çox abunəçisi və 230-dan artıq tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin tərəfdaş etdiyi şirkətlərin müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.