Emoməli Rəhmon: "Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında keçirilən siyasətə yüksək etimad nümayiş etdirdi"


Siyasət 12 Apr 2018 12:10:00 291 0

Emoməli Rəhmon: "Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında keçirilən siyasətə yüksək etimad nümayiş etdirdi"

Tacikistan Prezidenti Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: "Azərbaycan xalqı iradəsini ifadə etməklə bir daha Sizin rəhbərliyiniz altında keçirilən və ölkənin dayanıqlı çiçəklənməsinə və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinə yüksək etimad nümayiş etdirdi.

Sizin çoxillik əmək və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafında mühüm uğurlara nail olub və biz öz dostlarımızın nailiyyətlərinə ürəkdən sevinirik.

Biz əminik ki, növbəti illərdə Tacikistan-Azərbaycan qarşılıqlı fəaliyyəti hər iki ölkənin maraqları çərçivəsində inkişaf edəcək. Bunun üçün mən Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbacan xalqının rifahı naminə yeni nailiyyətlər arzu edirəm".