"Juventus"un prezidenti: "İtalyan klublarına qarşı olan hakimlərə təyinat verilir"


İdman 12 Apr 2018 12:13:00 242 0

"Juventus"un prezidenti: "İtalyan klublarına qarşı olan hakimlərə təyinat verilir"

"Juventus"un prezidenti Andrea Anyelli Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı oyundakı hakimlikdən danışıb. Goal.az xəbər verir ki, italiyalı funskioner bunları deyib:

"Sakitləşib hər şeyi təhlil etməliyik. Bir sıra ölkələrdə artıq videotəkrarlar sistemi tətbiq olunmağa başlanıb. İtaliya klublarına qarşı son vaxtlar qərəzli qərarlar verilir. "Real"la ilk oyunda Kuadradoya qarşı qayda pozuntusu, "Arsenal" - "Milan" matçında təyin olunan penalti kimi. VAR Çempionlar Liqası üçün vacib bir sistemdir. Burda söhbət 1-2 xaldan yox, böyük nüfuz və maliyyəsi olan turnirdə mərhələ adlamaqdan gedir. Mübahisə doğuran insidentlər baş verməməlidir. Naməlum səbəblərdən məsul qurum italyan klublarına qarşı olan hakimlərə təyinat verir. Söhbət təkcə "Juventus"dan getmir. "Barcelona"ya qarşı səfər oyununda "Roma"nın lehinə də penalti təyin olunmamışdı. Bu, texniki problemdir. UEFA-nın kifayət qədər yaxşı hakimi yoxdur. Quruma onları hazırlamaqda kömək edə bilərik. Yüksək səviyyəli şəxslərin təyinatı və VAR sisteminin quraşdırılmasında onların köməyə ehtiyacı var.

Futbolçular da, hakimlər kimi səhvə yol verir. Amma bu gün hakim vəziyyətə nəzarəti tamamilə itimişdi. Uşaqlar göstərdi ki, ilk oyundakı 0:3 hesablı fərqi aradan qaldırmaq iqtidarındadır. Hakim penalti epizodunun təkrarını izləyəndə hamıdan çox özü məyus olacaq".

"Real" - "Juventus" (1:3) qarşılaşmasını Maykl Oliverin rəhbərliyi altında İngiltərədən olan hakimlər briqadası idarə etmişdi.