Eston deputat: Azərbaycanda prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub


Digərləri 12 Apr 2018 12:04:00 165 0

Eston deputat: Azərbaycanda prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub

Azərbaycanda keçirilmiş prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub.

Bakı. İlkin Şəfiyev - Azərbaycanda keçirilmiş prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub. Trend-in məlumatına görə, bunu Estoniya parlamentinin deputatı Deniss Borodits mətbuat konfransında deyib. O qeyd edib: "Biz 15 seçki məntəqəsində səsvermə prosesini müşahidə etdik. Bizim ölkədə çoxdandır ki səsvermədə bu səviyyədə seçici iştirakı qeydə alınmayıb". D.Borodits seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin