İƏT müşahidə missiyasının rəhbəri: "Seçicilərə təsir göstərilməsi və ya seçkilərin nəticələrinin təhrif olunma üzrə heç bir cəhd müşahidə etmədik"


Digərləri 12 Apr 2018 11:53:19 242 0

İƏT müşahidə missiyasının rəhbəri: "Seçicilərə təsir göstərilməsi və ya seçkilərin nəticələrinin təhrif olunma üzrə heç bir cəhd müşahidə etmədik"

"Şəffaf seçkilərin keçirilməsi üçün böyük işlər görülüb"

"Azərbaycanda seçki prosesi tamamilə qanunvericiliyə uyğun keçirilib".

Bunu "Report"a İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının rəhbəri Askar Musinov deyib.

O qeyd edib ki, şəffaf seçkilərin keçirilməsi üçün böyük işlər görülüb, bütün seçicilərə iradələrini azad və gizli şəkildə, qanunvericiliyə və bütün beynəlxalq normalara uyğun ifadə etmək üçün bütün imkanlar yaradılıb.

"Seçicilərə təsir göstərilməsi və ya seçkilərin nəticələrini təhrif edilməsi üzrə heç bir cəhd müşahidə etmədik. Bir sıra məntəqədə olduq və orada tam təşkilatlanma və artıq səhər saatlarında yüksək seçici fəallığı müşahidə etdik", - o bildirib.