Bosniyalı müşahidəçi: Prezident seçkilərinin nəticələri Azərbaycanın inkişafının zəmanətidir


Digərləri 12 Apr 2018 11:57:00 210 0

Bosniyalı müşahidəçi: Prezident seçkilərinin nəticələri Azərbaycanın inkişafının zəmanətidir

Azərbaycanda prezident seçkilərinin nəticələri ölkənin inkişafının zəmanətidir.

Bakı. İlkin Şəfiyev - Azərbaycanda prezident seçkilərinin nəticələri ölkənin inkişafının zəmanətidir. Trend-in məlumatına görə, bunu Bosniya və Herseqovina parlamentinin nümayəndəsi Predraq Kojul mətbuat konfransında deyib. O qeyd edib: "Biz seçkilərdə müşahidə kimi iştirak etmək dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Seçki prosesini diqqətlə müşahidə etdik". P.Kojul vurğulayıb ki, beynəlxalq müşahidəçilər və QHT-lərin işi üçün bütün şərait yaradılmışdı: "Pozuntu qeydə alınmayıb, seçicilər fəal şəkildə səs verib. Səsvermə prosesi yüksək səviyyədə təşkil olunub".