Finlandiya Azərbaycanı 3cü etdi


Şou-biznes 12 Apr 2018 11:38:00 258 0

Finlandiya Azərbaycanı 3cü etdi

Finlandiyanın ictimai kanalı YLE TV-də yayımlanan "The Eurovisa" proqramında Azərbaycanın "Eurovision" təmsilçisi Aysel Məmmədovanın (Aisel) "X my heart" mahnısı 3-cü olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sorğu müsabiqənin 1-ci yarımfinalın ilk 8 çıxış edən ölkəsi arasında aparılıb.  Proqramın moderatorları  Eva Frantz , Johan Lindroos , Jakob Norrgard və Sofia Finnilanın səsverməsi ilə Aysel 21 xal toplayıb və 3-cü sırada qərarlaşıb. 

1-ci Sırada İsrail, ikinci sırada isə Albaniya öz yerini tutub. 


Xəbərə aid fotolar