Qırğızıstan prezidenti: "İlham Əliyevin qələbəsi xalqın Prezidentə yüksək inamının göstəricisidir"


Digərləri 12 Apr 2018 11:24:36 183 0

Qırğızıstan prezidenti: "İlham Əliyevin qələbəsi xalqın Prezidentə yüksək inamının göstəricisidir"

Sooronbay Jeenbekov: "Birgə səylər nəticəsində Qırğızıstan-Azərbaycan əlaqələri daha da güclənəcək"

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin!" - təbrikdə deyilir.

S.Jeenbekov vurğulayıb ki, İlham Əliyevin inamlı qələbəsi Azərbaycan xalqının Prezidentin ölkənin sabit və hərtərəfli inkişafına yönəlmiş kursuna tam inanmasının göstəricisidir.

O, həmçinin birgə səylər nəticəsində Qırğızıstan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət və inam əsasında daha da güclənəcəyinə, dərinləşəcəyinə əminliyini ifadə edib.