Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Qutanı tam nəzarətə götürdü


Dünya 12 Apr 2018 11:22:00 307 0

Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Qutanı tam nəzarətə götürdü

Suriyadakı rejimin başçısı Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Qutanı tam nəzarətə götürüb.

Son.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Düşmən tərəflərin barışı üzrə mərkəzin rəisi general-mayor Yuri Yevteşenko bildirib.

Onun sözlərinə görə, Suriyanın dövlət bayrağı Duma şəhərinin dövlət binaları, bütövlükdə Şərqi Qutanın üzərində qaldırılıb.

Rusiya Suriyanın Duma şəhərində hərbi polis bölməsi yerləşdirib.