Emoməli Rəhmon: "Azərbaycan xalqı İlham Əliyevə yüksək inam nümayiş etdirib"


Digərləri 12 Apr 2018 11:10:05 185 0

Emoməli Rəhmon: "Azərbaycan xalqı İlham Əliyevə yüksək inam nümayiş etdirib"

Tacikistan prezidenti seçkilərdə inamlı qələbə münasibətilə İlham Əliyevi təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdəki qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə "Report" "Avesta"ya istinadən xəbər verir.

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan zövq alıram. Azərbaycan xalqı öz seçimi ilə bir daha Sizin rəhbərliyiniz altında həyata keçirilən, ölkənin davamlı rifahına və beynəlxalq arenada nüfuzunun gücləndirilməsinə yönəlmiş siyasətə yüksək inam nümayiş etdirib", - təbrikdə deyilir.

E.Rəhmon vurğulayıb ki, Prezident İlham Əliyevin uzun illər ərzində göstərdiyi səylər sayəsində Azərbaycansosial-iqtisadi inkişafda əhəmiyyətli irəliləyişlərə imza atıb.

O, Tacikistan-Azərbaycan əməkdaşlığının iki ölkənin maraqları baxımından daha da inkişaf edəcəyinə əminliyini söyləyib.

"Hörmətli İlham Əliyev, Sizə cansağlığı, xoşbəxtlik və dövlət idarəçiliyi fəaliyyətinizdə yeni uğurlar və dost Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram", - E.Rəhmon bildirib.