Portuqaliya müşahidə missiyasının rəhbəri: "Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun keçirildi"


Siyasət 12 Apr 2018 10:46:00 307 0

Portuqaliya müşahidə missiyasının rəhbəri: "Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun keçirildi"

"Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun, demokratiya və ədalətli seçki prinsiplərinə əməl olunmaqla keçirildi".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Portuqaliya müşahidə missiyasının rəhbəri Mario Deyvid deyib.

O bildirib ki, bütün namizədlərə öz fikirlərinin seçicilərə çatdırılması üçün zəruri şərtlər yaradılmışdı:

"Seçki prosesi açıq və şəffaf keçdi. Seçicilərin fəallığı 74,51 faiz təşkil etdi. Bu isə xalqın öz fikrini bildirmək və seçim etmək arzusunu əks etdirir".

Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunmuş müsbət praktikadan danışan M.Deyvid seçki günü ərzində keçirilən rəy sorğularını qeyd edib.