Lukaşenko İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib


Siyasət 12 Apr 2018 10:24:00 240 0

Lukaşenko İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Son.az xəbər verir ki, Trend bu barədə Belarus dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: "Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuğu kursu ilə yüksək həmrəyliyini təsdiq etdi. Əminəm ki, dövlət başçısı vəzifəsində Sizin fəaliyyətiniz ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluq münasibətlərinin hərtərəfli inkişafına xidmət edəcək".

A.Lukaşenko həmçinin, Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, bitməz enerji və planların icrasında uğurlar arzulayıb.