ECR missiyası: Səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb


Digərləri 12 Apr 2018 10:23:00 249 0

ECR missiyası: Səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb

"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqlar qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib".

Bakı. İlhamə İsabalayeva - "Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib". Trend-in məlumatına görə, bunu missiyanın üzvü, Polşadan olan müşahidəçi Beata Sobkeviç prezident seçkilərinin nəticələri ilə əlaqədar keçirdikləri brifinqdə deyib. Onun sözlərinə görə, ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib: "Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə, səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi prosedurlar baxımından əldə olunan təkmilləşdirmələri təqdir edir. Missiyamıza çoxsaylı digər beynəlxalq və yerli seçki müşahidə qrupları da qoşulub. Azərbaycanda olduğumuz müddətdə onlarla ünsiyyət qurduğumuz zaman, onların fəaliyyətinə hər hansı manelərin yaradıldığını görmədi". B.Sobkeviç bildirib ki, missiya seçki günü Seçki Məcəlləsinin hər hansı mühüm, yaxud sistematik pozulması halları müşahidə etməyib: "Biz heç bir seçki məntəqəsində səsvermə prosesinə kənar müdaxilələrin və ya səsvermə məntəqələrində və onların yaxınlığında seçicilərə hər hansı təzyiq hallarının olmasını müşahidə etmıdik. Ümumi atmosfer təhlükəsiz idi". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin