Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək


İdman 12 Apr 2018 10:18:00 280 0

Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

Goal.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra turnirdə mübarizəni davam etdirəcək komandalar bilinəcək. Ötən həftə baş tutmuş ilk matçlara əsasən, evdə Rusiya CSKA-sını 4:1 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi Arsenal-ın işi çətin olmayacaq.

Digər oyunlarda komandaların hər birinin mərhələni adlamaq şansları var.

Avropa Liqası

1/4 final, cavab oyunları

23:05. Salzburg (Avstriya) – Lazio (İtaliya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:4

23:05. Sporting (Portuqaliya) – Atletico (İspaniya)

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 0:2

23:05. CSKA (Rusiya) – Arsenal (İngiltərə)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

İlk oyun – 1:4

23:05. Marseille (Fransa) – Leipzig (Almaniya)

Baş hakim: Born Keypers (Hollandiya)

İlk oyun – 0:1