Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm"


Digərləri 12 Apr 2018 10:00:00 149 0

Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm"

Ukrayna prezidenti prezident seçkilərindəki qələbə ilə münasibətilə İlham Əliyevi təbrik edib

Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələnə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter" rəsmi səhifəsində bildirilib.

Təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!"