"İcazə versəniz də vuracağıq, verməsəniz də"


Digərləri 12 Apr 2018 10:04:00 270 0

"İcazə versəniz də vuracağıq, verməsəniz də"

"Parlamentin müvafiq icazəsini gözləmədən Suriyaya qarşı hərbi əməliyyatları dəstəkləməyə hazıram. İcazə versəniz də vuracağıq, verməsəniz də".

Britaniyanın baş naziri Tereza Mey belə deyib.

Son.az The Guardian-a istinadən bildirir ki, Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunların Duma həhərində dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edilməsi ilə bağlı cavab tədbirləri mümkün qədər tez reallaşmalıdır.

Bundan başqa, Britaniya parlamenti ilə müzakirələrə görə Tereza Mey Suriyaya zərbələrin ertələnməsi ilə bağlı ABŞ prezidenti Donald Trampa müraciət etmək niyyətində deyil.

Müxalifətdəki Leyborist Partiyasının lideri Ceremi Korbin isə Suriyaya zərbələrə Britaniyanın da qoşulması məsələsinin ölkə parlamentində müzakirəsini tələb edir.


Xəbərə aid fotolar