Dövlət qulluğuna qəbulla bağlı test imtahanına qeydiyyat başa çatır


Digərləri 12 Apr 2018 09:13:00 195 0

Dövlət qulluğuna qəbulla bağlı test imtahanına qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat bu gün saat 18:00-da başa çatır. Qeyd edək ki, 12 aprel saat 9:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 294, BB vəzifə qrupu üzrə 1123 nəfər olmaqla, ümumilikdə 1417 nəfər qeydiyyatdan keçib.