Rusiyada internetə smartfonla daxil olanların sayı açıqlandı


Digərləri 12 Apr 2018 08:55:00 248 0

Rusiyada internetə smartfonla daxil olanların sayı açıqlandı

Əksər rusiyalılar internetə çıxış üçün smartfondan istifadə etməyə üstünlük verir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov bildirib.

O, mobil internet istifadəçilərinin sayının artdığını qeyd edib və bu əlaməti texniki inqilab adlandırıb. Nikiforov xatırladıb ki, 2012-ci ildə rusiyalıların yalnız 12 faizi şəbəkəyə smartfon vasitəsilə daxil olurdu. 2018-ci ildə bu göstərici 70 faiz təşkil edir. Bu müddət ərzində mobil trafikin həcmi 90 faiz artıb.