Qatlanan displeyli smartfonlar satılacaq


Digərləri 12 Apr 2018 08:59:00 209 0

Qatlanan displeyli smartfonlar satılacaq

Ekspertlərin proqnozuna görə, 5 il sonra dünyada hər il qatlanan displeylə təchiz edilmiş 50 milyondan çox aparat istehsal ediləcək.

"DigiTimes" nəşri "ET News"un araşdırmasına istinadən yazır ki, 2018-ci ilin sonunda aparıcı brendlər qatlanan displeyə malik smartfonlarını təqdim edəcəklər.

Son.az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin sonundan etibarən qatlanan ekran və korpusla təchiz edilmiş aparatlar trendə çevriləcək. Mənbələrin məlumatına görə, nəhəng şirkətlər ya artıq belə qurğuları hazırlayır, ya da texnologiya üçün patentləri qeydiyyatdan keçirirlər. Məsələn, "Samsung" şirkəti qatlanan displeyə malik smartfon istehsalı üzərində işin 80%-ni bitirib, "Apple" isə texnologiya üçün patentləri qeydiyyatdan keçirir, "Huawei" isə cari ilin sonunda belə cihaz təqdim etməyə hazırlaşır.