Stiv Voznyak “Facebook”dan getdi


Digərləri 12 Apr 2018 08:46:00 282 0

Stiv Voznyak “Facebook”dan getdi

"Apple"ın həmtəsisçisi Stiv Voznyak istifadəçi məlumatlarının qorunmasına diqqətsiz yanaşdığı üçün "Facebook"dan gedib.

Son.az lent.az-a istinadən xəbər verir ki, S. Voznyak sosial şəbəkəni tənqid edib: "İstifadəçilər öz şəxsi həyatlarının bütün detallarını "Facebook"a bildirirlər və şirkətin bütün gəliri bu informasiyalara əsaslanır. İstifadəçilər özləri isə bu gəlirdən heç nə əldə etmir".  

S. Voznyakın fikrincə, insanların reklamçılar üçün öz şəxsi məlumatlarını təqdim etməsindənsə, sosial şəbəkədən istifadəyə görə pul ödəməsi daha yaxşıdır. O qeyd edib ki, "Apple" keyfiyyətli məhsullar buraxaraq pul qazanır, "Facebook" üçün isə istifadəçilər elə məhsul deməkdir.