Qırmızı rəngli iPhone 8 satılacaq


Digərləri 12 Apr 2018 08:31:00 244 0

Qırmızı rəngli iPhone 8 satılacaq

"Apple" korporasiyası qırmızı rəngli korpusla təchiz edilmiş "iPhone 8" smartfonunu təqdim edib.   Son.az ICTnews-a istinadən bildirir ki, "iPhone" smartfonunun yeni versiyası xeyriyyə kampaniyası ("RED") çərçivəsində yaradılıb, buna görə xüsusi versiyanın satışından əldə ediləcək vəsaitin bir hissəsi QİÇS-lə Mübarizə üzrə Qlobal Fonda köçürüləcək.   Yalnız "iPhone 8" və "8 Plus" smartfonları (64 və 256 QB-lıq versiyalar) qırmızı rəngli korpusda əlçatandır. "iPhone X" qırmızı rəngli korpusda təqdim edilməyəcək.   13 apreldən etibarən smartfonun satışına başlanacaq. Qiyməti 700 dollardan başlayır. Xatırladaq ki, 2017-ci ilin martında "Apple" korporasiyası "iPhone 7" smartfonunun qırmızı versiyasını təqdim etmişdi.