HTC üçün son 16 ilin ən pis göstəricisi


Digərləri 12 Apr 2018 08:35:00 293 0

HTC üçün son 16 ilin ən pis göstəricisi

Bu ilin mart ayında HTC şirkətinin dövriyyəsi 95 milyon dollar təşkil edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 46,7 faiz az, daha əvvəlki ayda qeydə alınan rəqəmlə müqayisədə 6,1 faiz çoxdur.

Son.az lent.az-a istinadən xəbər verir ki, bununla belə, şirkətin bu ilin birinci rübündə gəlirləri 300 milyon dollara yaxın təşkil edib. Bu, daha əvvəlki rüblə müqayisədə 44,1 faiz azalma, 2017-ci ilin analoji dövrü ilə müqayisədə isə 39,5 faiz azalma deməkdir. Bu, şirkət üçün son 16 il ərzində ən pis göstərici olub.

HTC şirkətinin tarixində ən uğurlu dövr 2011-ci ilin üçüncü rübü olub - bu zaman şirkət 4,6 milyard dollar qazanıb.