CHEOPSun tikintisi başa çatıb VİDEO


Digərləri 12 Apr 2018 08:11:00 216 0

CHEOPSun tikintisi başa çatıb  VİDEO

"CHaracterising ExOPlanet Satellite" (CHEOPS) kosmik teleskopunun tikintisi sona yetib. Bu barədə Bern Universitetinin məlumatında deyilir.   Son.az ICTnews-a istinadən bildirir ki, indi qurğu Madridə göndərilərək orada kosmik platformaya quraşdırılacaq. Teleskopun 2019-cu ilin əvvəlində buraxılması, ekzoplanetləri müşahidə etməklə potensial baxımdan həyat üçün yararlı dünyaların axtarışı ilə məşğul olacağı gözlənilir.   Avropa Kosmik Agentliyi (ESA) tərəfindən hazırlanan "CHEOPS" orta sinfə aid qurğudur və əsasən məlum ekzoplanetlərin ətraflı tədqiqi üçün nəzərdə tutulur. Bir sıra digər teleskoplar (məsələn, "Kepler") kimi "CHEOPS" tranzit fotometriya metodundan istifadə edəcək - ekzoplaneti onun ulduz fonunda keçməsini izləməsi əsasında tədqiq edəcək.   Bildirilir ki, teleskop qurğusu İsveçrə mütəxəssisləri tərəfindən layihələndirilib və hazırlanıb, optika, bort proqram təminatı və bir sıra başqa komponentlər digər Avropa ölkələrinin mühəndisləri tərəfindən ərsəyə gətirilib. Bern Universitetinin məlumatına görə, "CHEOPS" missiyasında ümumilikdə 11 Avropa ölkəsinin institutları iştirak edir. Məlumata görə, qurğu Madriddə kosmik platformaya inteqrasiya olunduqdan sonra aparatın Avropada digər komplekslərdə sınaqdan keçirilməsi, daha sonra Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromuna göndərilməsi planlaşdırılır.   "CHEOPS" kosmik teleskopunun 2019-cu ilin əvvəlində İtaliya peyki ilə birlikdə "Soyuz" raketdaşıyıcısı vasitəsilə 700 km orbit hündürlüyünə çıxarılacağı gözlənilir.