Windows 10 zəifləyir


Digərləri 12 Apr 2018 08:01:00 225 0

Windows 10 zəifləyir

160 milyondan çox unikal istifadəçinin aktivliyini araşdıran "NetMarketShare" servisinin məlumatına görə, kompüter əməliyyat sistemləri bazarında "Windows 10" sisteminin payı azalıb.   Son.az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin martına olan məlumata görə, dünyada fərdi kompüterlərin 33,3%-i "Windows 10" əməliyyat sistemi ilə işləyir. Ötən ayla müqayisədə 0,8%-lik azalma qeydə alınıb. Qeyd edək ki, fərdi kompüter platformaları bazarında "Windows 10" sisteminin bazar payı 37,4%-ə bərabərdir.   "Microsoft"un nümayəndəsi 2017-ci ilin noyabrında bildirmişdi ki, 600 milyon qurğu "Windows 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Xatırladaq ki, "Windows 10" sistemi 2015-ci il iyulun sonunda təqdim edilib. İlk 24 saat ərzində bu ƏS-i 14 milyon qurğuya quraşdırılıb, 3 həftə sonra isə bu göstərici 53 milyon olmuşdu. 2016-cı ilin sentyabrında "Microsoft"un rəsmisi məlumat vermişdi ki, dünyada 400 milyon qurğu "Windows 10" platformasının idarəetməsi altında işləyir. 2017-ci ilin mayında bu göstərici 500 milyon olub.   "NetMarketShare" servisinin məlumatına görə, "Windows 7" masaüstü və noutbuklar üçün ən populyar əməliyyat sistemi olaraq qalır, bu platformanın bazar payı 43,4% təşkil edir. "Windows 8.1" sisteminin göstəricisi 5,5%, "Windows XP"-də isə 4,6%-ə bərabərdir.