Süni intellekt insanla söhbət edəcək


Digərləri 12 Apr 2018 07:41:00 300 0

Süni intellekt insanla söhbət edəcək

"Microsoft" tərəfindən hazırlanmış alqoritm sayəsində çatbot lazım gəldikdə insanın sözünü kəsə və müəyyən fasilədən sonra danışığı bərpa edə biləcək.   Son.az ICTnews-a istinadən bildirir ki, proqramçılar bu alqoritmdən istifadə edərək "Xiaoice" adlı çatbotu yeniləyiblər. Süni intellektə əsaslanan həmsöhbətin yeni versiyası insanın nə söyləmək istədiyini öncədən bilərək müstəqil şəkildə ünsiyyətə qoşula  bilir.   Hələ ki yalnız Çin sakinləri yeni tip süni zəka ilə ünsiyyət saxlamaq imkanına malikdirlər. "Microsoft" sözügedən texnologiyanı ABŞ-ın "Zo", Yaponiyanın "Rinna" çatbotları, həmçinin "Cortana" səsli köməkçisi üçün tətbiq etməyi planlaşdırır. Bu haqda şirkətin süni intellektə aid xüsusi bloqu məlumat paylaşıb.